Ramil Usubovun son əmri - Generalı təqaüdə göndərib
Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.
E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə, nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan general Elxan Həsənov peşəkar polis zabiti kimi tanınıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur