SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı

Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı

Tarix:

21-06-2019, 10:16

/ 981 dəfə oxundu.
Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir.
İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Fərman imzalanıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ