Baş Nazirdən TƏBİB ilə bağlı vacib qərar imzaladı
Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib...
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) adı dəyişdirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” olub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb.
Onun əvəzində isə siyahıya “Milli Hematologiya və Transfuziologiya Mərkəzi“ daxil edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək