SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Özləri cəhənnəm, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər...” - İTTİHAM

“Özləri cəhənnəm, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər...” - İTTİHAM

Tarix:

14-06-2019, 09:30

/ 1 214 dəfə oxundu.
“Özləri cəhənnəm, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər...” - İTTİHAM

Moderator.az redaksiyasına siyasi elmlər üzrə elmlər doktoru Cümşüd Nuriyevin AMEA-nın Ali Attestasiya Komissiyası ətrafında baş verənlərlə bağlı “Milli elmimizin milli “cəfakeşləri”” başlıqlı yazısı daxil olub. Müəllifin müraciətində deyilir:


“Hörmətli redaksiya! Son dövrdə Ali Attestasiya Komissiyası ətrafında baş verənlər və mediada bu mövzuda yayılan məlumatlar məni bir ziyalı və alim kimi çox narahat edir. Odur ki, məqaləmdə qaldırdığım məsələlərin saytınız vasitəsilə ictimailəşdirilməsini xahiş edirəm”.

Milli elmimizin “milli” cəfakeşçləri

Bu günlərdə diqqətimi 11 iyun 2019-cu ildə “Azerinfo.az” saytında dərc olunmuş bir müraciət cəlb etdi. AMEA-nın bir qrup əməkdaşının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına edilən müraciətdə elmimizin ciddi problemlərinin öz əksini tapacağını gözlədiyim halda, təəssüf ki, yenə də qeybət və şəxsi maraqların üstünlük təşkil etdiyini gördüm. (Material ilə bi linkdə tanış ola bilərsiniz: http://azerinfo.az/sosial/48282-alimler-aak-in-sedr-evezine-qarshi-diplomu-saxtadir-selahiyyetlerinden-sui-istifade-edir.html)

Müraciətdə deyilir: “Ancaq təəssüflər olsun ki, biz AMEA-nın institutlarında və hətta bəzilərimiz maddiyyat ucbatından, ali məktəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra bizim dosent elmi adı almaq üçün sənədlərimizi gecikdirir və ekspert şuralarına göndərir. Əvvəllər isə belə hallar olmurdu...”

Deməli, müraciət edənlər dosent diplomlarının gecikdirilməsindən narahat olduqları üçün belə bir üsula əl atıblar.

Birincisi, əgər AAK-da əvvəllər diplomun verilməsi ilə əlaqədar saxtakarlıqdan dəm vurursunuzsa, niyə diqqəti yeni təyin olunmuş rəhbərin işinə yox, öz maraqlarınıza yönəldirsiniz?

Ikincisi, alim dosent diplomu alandan 5 il sonra professor diplomu alıb. Eyni zamanda 14 il ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub, 11 il isə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini işləyib. Bəs görəsən, Famil müəllim daha nə etməliydi ki, professor diplomuna “layiq” olsun?

Üçüncüsü, F.Mustafayev elmi şuraların tərkibinin yenilənməsində ittiham olunur. Bəs özünü “alim” adlandıran həmin elmi şuraların üzvlərinin bu illər ərzində etdiyi qanunsuzluqları necə aradan qaldırmaq lazımdır? Bəs Milli Məclisə deputat seçilən kimi “elmi qıcqıran”lara doktorluq diplomlarını kim verib? Xəbəriniz varmı ki, “deputatxana alimləri” akademiyada işləyənlərlə müqayisədə dəfələrlə çoxdur? Necə olur ki, elmdən uzun müddət xəbəri olmayan deputatlar və yüksək vəzifə sahibləri, məmurlar 40 yaşından sonra “elm dahisinə” çevrilir, hətta bəziləri akademiklik iddiasına düşür? Özləri cəhənnəmə, xanımları, uşaqları, yeznə və kürəkənləri də elmə “calaq” edilirlər. Necə olur ki, baza təhsili tibb, mühəndislik, şərqşünaslıq və sair qeyri-ixtisas sahibi olanlar siyasi və hüquq elmləri üzrə elmlər doktoru olurlar? Necə olur ki, farmasept, əczaçı qiyabi təhsil aldığı hüquqşünas diplomu ilə AAK-da ekspert şurasının üzvi olur? Necə olur ki, adam doktorluq müdafiəsindən 34 gün sonra təsdiqini alır? Elmi işinin adını belə düz əməlli deyə bilməyən “alimlərimizə” necə baxırsınız?

Dördüncüsü, AAK-ın rəhbərliyi uzun müddət idi ki, diplom alveri ilə məşğul olurdu. Bəs o zamanlar sizlər niyə susurdunuz? Cənab Prezident bu biabırçılığa son qoymaq istəyir və görünən odur ki, bəzilərini məsələnin birdəfəlik müsbət həlli narahat edir. Insafınız olsun! Imkan verin ki, insan(!) heç olmasa, yeni əsasnamə ilə bir il işləsin. Yeri gəlmişkən, Cənab Prezident tərəfindən “Elmi adların verilməsi qaydaları haqqında” Fərmanının həmin gündə veriləcəyini Siz haradan bilirdiniz”? Axı Sizin bu feykiniz məhz həmin gün dərc olundu. Deməli, ilanın başı daha yuxarılarda gizlənir. Onu da qeyd edim ki, Sizin bu “sensasion” müraciətinizə iki gün ərzində cəmi 178 baxış olmuşdur.
Siyasi elmlər üzrə elmlər doktoru
Cümşüd Nuriyev”

Şərhlər

XƏBƏR LENTİ