“Eldar Əzizovun adından sui-istifadə edirlər” - QALMAQAL
Qanun Nəşrlər Evi”nin rəhbəri Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova qarşı səsləndirdiyi ittihamları geri götürüb. Modern.az-ın məlumatına görə, naşir “Meriya kitab yarmarkasına yasaq qoyur” paylaşımından sonra BŞİH-nin mətbuat xidmətilə məsələni adınlaşdırdığını qeyd edib:
“Bakı Şəhər İcra Hakimiyyətinin kitab yarmarkasına icazə verməməsi barədə paylaşım etmişdim. Ondan dərhal sonra BŞİH-in mətbuat xidmətinin rəhbəri mənə zəng etdi və bildirdi ki, Eldar Əzizovun adından sui-istifadə edirlər: “Eldar müəllimin kitaba böyük hörməti var və yarmarkaların keçirilməsinə heç bir qadağa ola bilməz”.
Ş.Xuduoğlu operativ reaksiyaya görə İcra Hakimiyyətinə, şəxsən Eldar müəllimə təşəkkürünü bildirib.
İ.Kərimov Modern.az-a bildirib ki, istənilən şəxs, o cümlədən də Şahbaz Xuduoğlu hər hansı tədbirin keçirilməsi üçün Meriyaya rəsmi müraciət edə bilər.
Xatırladaq ki, “Qanun Nəşrlər Evi”nin rəhbəri Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovu kitab yarmakalarının keçirilməsinə yasaq qoyduğunu iddia edərək, onu ittiham edib.
Meriyanın mətbuat xidmətinin rəbəri İsrfail Kərimov Modern.az-a açıqlamasında deyilənlərin həqiqətəuyğun olmadığını, E.Əzizovun kitaba böyük marağı olduğunu, kitab yarmarkalarına yasaq qoyula bilməyəcəyini vurğulayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur