SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto

Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto

Tarix:

4-06-2019, 11:08

/ 704 dəfə oxundu.
Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto

İyunun 3-də Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin son seçim turu keçirilib.

Seçim turunda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal yeniyetmə və gənc iştirak ediblər.

Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. P.Mustafayev qeyd edib ki, gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, gerisi isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı bir adamına çevrilmək hər bir adi gəncin əlindədir, sadəcə verilmiş bu şanslardan istifadə etmək kifayət edər ki yaradıcı gənc kimi yetişəsən

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamlayıb və qeyd edib ki, müasir gənclərimiz həyatın hər tərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər.

Tədbirin rəsmi hissəsindən sonra layihənin seçim turuna start verilib. Seçim turunda Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, 34 saylı məktəbin və Məktəb-Lisey Kompleksin şagirdləri bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak ediblər.

Qeyd edək ki, artıq 5 seçim turu “Bakı Avrasiya” Universitetində, 291 saylı “Ekologiya” liseyində, “Odlar Yurdu” Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində həyata keçirilib. Ümumiyyətlə layihə müddətində 5 seçim turu keçirilib və nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.
Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto
Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto
Nərimanovda yaradıcılıq müsabiqəsinin son seçim turu keçirilib - Foto

Şərhlər

XƏBƏR LENTİ