Deputat bəzi nazirlərin iclasa gəlməməsindən şikayətləndi
"Təəssüflər olsun ki, büdcənin qəbulu zamanı hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə əlaqədar iclasda belə deyil".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov əlavə bildirib.
Deputat bildirib ki, sanki büdcə yalnız Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir: “Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki büdcənin icrası zamanı müəyyən xərclərə yol verilir ki, bunlar millət vəkilləri tərəfinədn bilinməlidir, araşdırılmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, hökumət üzvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa Prezidentinin ölkəmizə səfəridir: “Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.
Azvision.az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var