Vətəndaş borcunu ödədi - “ParaBokt” qızıllarını qaytarmır
“ParaBokt” borcunu ödəyən vətəndaşın qızıllarını qaytarmır.
Bu barədə Unikal.org-a müraciət edən Məmmədova Yaqut Əlyusub qızı məlumat verib.
O, bildirib ki, bank olmayan kredit təşkilatı onun şikayətini araşdırmır:
"Mən, 28 noyabr 2017-ci il tarixdə Sumqayıt şəhərində “Parabokt”dan qızıllarımın girov qoyulması müqabilində kredit götürmüşəm. 23 may 2019-cu il tarixində kredit borcumu vaxtından əvvəl bağlamışam. Buna baxmayaraq qızıllarımı hələ də geri ala bilmirəm. Səbəbini soruşanda konkret məlumat verilmir. Gah deyilir inkassator səhvən aparıb Tovuz filialına, gah da deyilir ki, sizin qızıllar baş ofisdədi. Deyirəm gedim özüm götürüm baş ofisinizdən qızılımı deyirlər olmaz, sizə verilməyəcək. Nə özləri gətirir, nə də ki imkan vermirlər özüm götürüm baş ofislərindən. Bununla bağlı dəfələrlə “ParaBokt”un qaynar xəttinə zəng vursamda heç bir məlumat verilmədi.
Əminəm ki, mənim kimi digər vətəndaşların da başına belə oyunlar çox açılıb. Əgər belə halların qarşısı müvafiq orqanlar tərəfindən vaxtında alınmasa nəticələri çox ağır olacaq."

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur