SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanıdakı 141 saylı orta məktəb təhsil müəssisəsidir,yoxsa…

Suraxanıdakı 141 saylı orta məktəb təhsil müəssisəsidir,yoxsa…

Tarix:

7-05-2019, 11:38

/ 9 151 dəfə oxundu.
Suraxanıdakı 141 saylı orta məktəb təhsil müəssisəsidir,yoxsa…

Son bir neçə ildə Təhsil sistemində olan dəyişiklıklər bu sahənin inkişafına hələ də təkan verə bilmir. Mikayıl Cabbarovun bu sahədə qoyduğu ənənələri bu gün artıq yeni olmayan nazır Ceyhun Bayramov da davam etdirir. Sahəcə arada təhsilin inkişafı ilə bağlı populist çıxışlardan başqa orta məktəblərdə təhsilin səviyyəsinin artırılması ilə bağlı heç bir yenilik yoxdur. Bunu Bakı şəhər Baş Təhsil İdarəsinin də, paytaxtdakı orta məktəblərin də fəaliyyətində açıq-aydın görməmək mümkün deyil

Elə Aktualinfo.org onlayn qəzet redaksiyasına Suraxanı rayonu, Rəsul Ənnagıyev adına 141 saylı tam orta məktəbdə hökm sürən diktatura ab-havası da buna bur misaldır. Məlumatlara görə 1700-dən yuxarı şagirdin azərbaycan və rus bölmələrində təhsil aldığı məktəbin direktoru Fərəh Hüseynovanın özbaşınalığının hədd-hüdudu sərhəd tanımır.Məlumatlarda bildirilir ki, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmur, yaxud da qurmaq istəmir. Dərs saatlarını istədiyi şəxslə, nələrinsə hesabına bölüşdürür. Etik davranış qaydalarına zidd rəftarı ilə seçilən xanım direktor şagirdlərlə belə ünsiyyətdə qaba davranışları ilə ad çıxarıb.

Şikayət edən valideynlərin narazılıqları isə hamıya məlum problemlərdir.Tədris ili başlar başlamaz, fond pulları, müəllimlər günü münasibətilə hər valıdeyndən pul, müəllimlərin ad günlərində pul, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə yiğılan pullar və müxtəlif tədbirlər adı ılə valideyn komitələrinin vaxtaşırı valideynlərdən pul yığması hamının gördüyü, lakin övladlarına görəhər kəsin susmağa üstünlük verdiyi faktlardır.. Sözügedən orta məktəbdə yuxarı sinif şagirdlərinin sərbəst şəkildə repetitor yanına getməsi də inkaredilməz faktlardır. Bunu sübut etmək üçün dərs vaxtı məktəbdə, qəflətən istənilən sinif otağına daxil olub şağirdlərin sayını yoxlamaq kifayət edər. Məktəblərə pulsuz paylanılan dərsliklər isə artıq uzun illərdir ki, şagirdlərə satılır. Verilən məlumatlara görə, 4-cü sinfi bitirən şagirdlər üçün “Kiçik məzun” tədbiri keçirilir. Bunun müqabilində isə hər şagirddən imkan oldu,olmadı direktor tərəfindən müəyyən edilmiş məbləğdə pul tələb olunur.

Fərəh Hüseynovanın rəhbərlik etdiyi 141 saylı tam orta məktəbdə baş verən bu və yazmadığımız bu kimi hallar barədə görəsən Baki şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev nə düşünür? Ümumiyyətlə bu sahəyə rəhbərliyə gətirildəkdən sonra görəsən Rəşad Tağıyev Bakı şəhər məktəblərində şagirdlərin dərsə davamiyyətinin gücləndirilməsi yönündə hansısa direktora ciddi iradlar bildiribmi?

Məlumatlara görə Fərəh Hüseynovanın bu arxayınlığının səbəbləri var. Deyilənlərə görə onun da Təhsil Nazirliyində adamı var.Elə ona görə də, Fərəh xanım 141 saylı məktəbdə təhsilin inkişafını, şagirdlərin dərsə davamiyyətini deyil şəxsi həyatını inkişaf etdirir. Onun şəxsi həyatında inkişaf o həddə çatıb ki, Fərəh xanın artıq şəxsi avtomobilinə də məktəbin nömrəsinə uyğun 141 dövlət nömrə nişanı alıb. “Zerkalnı” həyat tərzi bax budur. 141 saylı tam ortya məktəbin direktoru 141 dövlət nömrə nişanlı avtomobillə gəlir, gedir. Görəsən Fərəf xanımın 141-bağlı daha nələri var?


Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ