Beynəlxalq ekspert Peşə Reabilitasiya Mərkəzində olub
Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə Peşəkar İxtisasartırma Proqramı çərçivəsində ölkəmizə səfərə gəlmiş “Hamımız inklüzivlik üçün” layihəsinin eksperti Meri Elizabet Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəz sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə yiyələnərək əmək bazarına inteqrasiya olunmasında mühüm rola malikdir. Burada peşə kursu müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Burada yaradılan şəraitlə tanış olan M.Elizabetə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.
Qonaq sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, ümumən onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlərin, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olmasının onda böyük maraq və xoş təəssüratlar yaratdığını vurğulayıb.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur