SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:

2-05-2019, 13:46

/ 837 dəfə oxundu.
“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Nazirlikdən verilən məlumata görə, müsabiqə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilib. Qeyd edilib ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi üçün ardıcıl tədbirlər keçirilir. “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin də bu məqsədi daşıdığını, qeyd edilən kateqoriyalardan olan vətəndaşların müsabiqədə fəal iştirak etdiyini deyib.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini [email protected] ünvanına göndərib və bu əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində təqdim edilib. Elan olunmuş müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən edib və 14 rəsm əsərindən ən çox bəyənilən 3 rəsmin müəllifləri müsabiqənin qalibləridir.

Qaliblərə - sağlamlıq imkanları məhdud gənclər Qorxmaz Mustafayevə (I yer), Asif Qasımova (II yer) və Nisə Cəfərovaya (III yer) diplom və mükafatlar təqdim edilib

Şərhlər

XƏBƏR LENTİ