“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinə yekun vurulub
Müsabiqədə rəsm əsəri ən çox bəyənilən üç qalib müəyyən edilib
Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini [email protected] ünvanına göndəriblər. Həmin əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində yerləşdirilib. Əvvəlcədən də elan olunan müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən ediblər.
Beləliklə, Instagram istifadəçiləri təqdim olunan 14 rəsm əsərinə münasibətlərini bildiriblər və həmin rəsmlərdən ən çox bəyənilən 3 rəsm müəyyən olunub. Onların müəllifləri sağlamlıq imkanları məhdud gənclər olan Qorxmaz Mustafayev (I yer), Asif Qasımov (II yer) və Nisə Cəfərovadır (III yer).
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur