SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi

“Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi

Tarix:

30-04-2019, 16:49

/ 2 200 dəfə oxundu.
“Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi

“Təsadüfən Bakcelldən hər hansı bir məbləğdə internet paketi alırsan. 30 gün tamam olan kimi avtomatik Bakcell həmin paketi abonentdən xəbərsiz, məcburi qaydada yeniləyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu AMEA-nın əməkdaşı Elyar İslamoğlu sosial şəbəkədə yazıb. Mobil operatorun davamlı olaraq balansından pul sildiyini deyən abunəçi qeyd edib ki, yenilənməni dayandırmaq istəyəndə isə balansdakı bütün meqabaytları da ləğv edir: “Abonentin halal puluyla aldığı meqabayt niyə mobil operator tərəfindən ləğv edilməlidir?” – deyə o sual edir.

Şikayətçi bildirir ki, heç bir xəbəri olmadan balansından pul çıxarılır: “Araşdıranda məlum olur ki, bizim istəyimiz olmadan hansısa xidmətə üzv edərək, gizlicə balansımızdan oğurluq edirmişlər.
Bu hadisə bütün mobil operatorlarda baş verir. Təsəvvür edin ki, belə halları bilməyən, xəbəri olmayan minlərlə, on minlərlə yaşlı, xəstə vətəndaşlarımız var. Onları aylarla, illərlə bu şəkildə soyurlar, halal pullarını mənimsəyirlər.

Bu oğurluq, quldurluq, dərəbəylik deyilsə, bəs nədir? Bunun qarşısı niyə alınmır?

Mobil operatorlar belə soyğunçuluqla milyonlar qazanır. İtirən isə vətəndaşlardır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorların və onlarla əlbir olan fırıldaqçı şirkətlərin oğurluğunu, quldurluğunu daha nə qədər cəzasız qoyacaq?”.

Elyar İslamoğlu Bakcell-in ondan hansı “xidmətlərə” görə pul çıxması haqda mesajları da paylaşıb.
“Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi
“Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi
“Bu oğurluq, quldurluq deyilsə, bəs nədir?” – Şikayətçi

Şərhlər

XƏBƏR LENTİ