Xanım rektor haqda yeni İTTİHAMLAR: BSU-nun kafesini 3 min manata icarəyə verib, oğlunu...
Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlamasının nəticəsi açıqlanandan sonra bu qurum və rəhbərliyi ətrafında müzakirələr çoxalıb.
HP-nin yoxlaması zamanı universitetdə bir sıra pozuntular və korrupsiya halları aşkarlanıb. Yoxlamanın nəticələrinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edildiyi bildirilir.
AFN-in redaksiyasına daxil olan məlumata görə isə BSU-da korrupsiyanın miqyası, rektor Nurlana Əliyevanın əməlləri haqda yeni bilgilər daxil olub. Bildirilir ki, N.Əliyeva universitetin yeməkxanasını 3000 min manata icarəyə verib: “Kağız üzərində icarəhaqqı 500 manat yazılır, lakin N.Əliyeva təzə rektor təyin olunandan sonra faktiki olaraq yeməkxananı işlədən şəxsdən 3 min manat alırdı. İndi bəlkə də qalxıb rəqəm”.
Mənbənin bildirdiyinə görə, N.Əliyeva Milli Məclisdə şöbə müdirinin müavini işləyən kiçik oğlu İlqar Əlizadəni Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir düzəltdirib: “Bildiyiniz kimi, N.Əliyeva MM-in komitə sədri Hadı Rəcəblinin qudasıdır. Bu qudalıq Nurlana xanımın qarşısında çox qapılar açıb. O artıq hər hansı qanunsuz addımı atmaqdan çəkinmir. Əslində Hesablama Palatasının açıqladığı rəqəmlər, pozuntular xanım rektor haqqında cinayət işinin açılması üçün yetərli idi, amma göründüyü kimi, ortada heç bir tədbir görülməsi haqda məlumat yoxdur”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
AFN.AZ

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur