SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO

İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO

Tarix:

14-04-2019, 11:56

/ 1 719 dəfə oxundu.
İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO

Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Bu ilk həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb şəhid olmuş Baxşəliyev Rəşid Əliyağa oğlunun şəhidlik adlı zirvəyə yüksəldiyi gündən 3 il ötür. Bununla əlaqədar olaraq şəhidin məskunlaşdığı Abşeron Gənclər Şəhərciyində ildönümü mərasimi keçirilib. Mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, döyüş yolundan danışılıb, ehsan verilib.

Şəhid anaları ilə görüşən İ.Gülməmmədova onlara və doğmalarına dərin hüznlə başsağlığı verib. Başçı qeyd edib ki, şəhidimiz Baxşəliyev Rəşid Əliyağa oğlunun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Rəşid təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Şəhidlərimiz elə bir şanlı yol keçiblər ki, başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onlarla fəxr edir.

İcra başçısı Azərbaycan Respublikasənən Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, aprel döyüşləri bizi Qarabağda böyük qələbəyə aparan şanlı yolun başlanğıcıdır.

Şəhidin anası Çimnaz Baxşəliyeva şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə özünün və ailəsinin adından dərin minnətdarlığını bildirib.

Xanım başçı şəhid ailələri ilə görüşündə onların qayğı və problemləri ilə maraqlanıb.

Allah şəhidimizə rəhmət eləsin!
İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO
İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO
İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - FOTO

Şərhlər

XƏBƏR LENTİ