SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Niyə İnam Kərimov 2018-ci ilin yanvarından bəri hesabat vermir? - EKSPERT NAZİRƏ SUAL ÜNVANLADI

Niyə İnam Kərimov 2018-ci ilin yanvarından bəri hesabat vermir? - EKSPERT NAZİRƏ SUAL ÜNVANLADI

Tarix:

12-04-2019, 11:58

/ 454 dəfə oxundu.
Niyə İnam Kərimov 2018-ci ilin yanvarından bəri hesabat vermir? - EKSPERT NAZİRƏ SUAL ÜNVANLADI

5 milyon, 926 min 470 manat 2 qəpik. Bilirsinizmi bu pul hara sərf edilib?

Bu 2017-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına toxum və ting istehsalçıların verilən subsidiyanın həcmidir.
Siyahıda 45 rayon üzrə 302 müəssisə var. Subsidiya alıb ting satan rayonların sayı cəmi 6-dır.

Gundeminfo.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert bu barədə araşdırma və suallarını KTN-ə ünvanlayır.
Bir qədər də detallara diqqət edək:

R-1 və R2 reproduksiyası üzrə toxum və ting sortların yetişdirilməsi üçün ayrılan büdcə vəsaitlərinə və geri qazanilan satış gəlirlərini tapmağa çalışaq:

R1 reproduksiyası üçün ayrılan subsidiyanın məbləği 1 milyon 747 min 570 manat 2 qəpik.
R2 reproduksiya üçün 3 milyon 793 min 802 manat 77 manat.

Əldə edə bildiyim rəsmi hesabatda çox ustalıqla nə qədər büdcə vəsaitinin səmərəsiz olaraq istifadə edildiyi gizlədilir. Yəni geri əldə olunan dövlət və vətəndaşın gəliri manatla ifadə olunmur.

R1 reproduksiyası üçün satılmış toxumun miqdarı kiloqramla göstərilir – 19 ton 514 kiloqram 684 qram. Amma neçəyə satıldığı bəlli deyil. Elə şübhə də buradan yaranır. Söhbət 1.7 milyon manat subsidiyaya görə, 2017-ci ildə satılan toxumun neçəyə qiymətləndirildiyi və maliyyə hesabatlarında necə göstərildiyi məqamından gedir. Suallar da buradan çıxır və cavabsız qalır...

Eyni qayda R2 repreduksiyası üçün də uyğundur, R2 reproduksiya üçün ayrılan 3 milyon 793 min 802 manat 77 manatın müqabilində 52 ton 316 kiloqram 267 qram.

Amma bu rəqəmlər 2017-ci ilə aiddir. 2018 başa çatıb, 2019-cu ilin 4-cü ayıdır. Və 2018-ci ildən bəri Kənd Təsərrüfatı Nazirliyində rəhbər dəyişikliyi baş verib. İslahatlar aparılıb. İdarələr birləşdirilib, ayrılıb və sair. Lakin nədənsə 2018-ci ilin yanvarından bəri ting və toxumçuluq üçün verilmiş subsidiyaların həcmi, tədarük edilib satılan toxum və tinglərin həcmi barədə heç bir hesabat tapa bilmədim...

Şərhlər

XƏBƏR LENTİ