SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat Çingiz Qənizadə Birinci Qrup Qarabağ qazisinin əmlakını əlindən alıb?-İDDİA

Deputat Çingiz Qənizadə Birinci Qrup Qarabağ qazisinin əmlakını əlindən alıb?-İDDİA

Tarix:

11-04-2019, 16:47

/ 840 dəfə oxundu.
Deputat Çingiz Qənizadə Birinci Qrup Qarabağ qazisinin əmlakını əlindən alıb?-İDDİA

Deputat Çingiz Qənizadə Qarabağ Müharibəsi Vetiranı, iki ayağın itirmiş, Birinci Qrup Əlilin əmlakına əl qoydu

Bu sözlər jurnalist Fikrət Fərhadoğlunun fb səhifəsindəki bir paylaşımındandır. Müəllif statusunda Qarabağ Müharibəsi Vetiranı, iki ayağın itirmiş, Birinci Qrup Əlil Səmədov Elşən Şərif oglunun millət vəkili Çingiz Qənizadə tərəfindən haqsızlığa məruz qalmasından bəhs edir:

"Çoxdandı görmədiyim bir dostumun ağır xəstə olduğunu eşidib evinə gedib onunla görüşdüm. Hal-əhval tutduqdan sonra bir az dərdləşdik.

Təqaüddə olan polis kapitanı, Qarabağ Müharibəsi Vetiranı, Homadializ Şəkər Xəstəsi, Birinci Qrup Əlil Səmədov Elşən Şərif oglu, Çingiz Qənizadənin onun başına açdığı müsübətdən danışdı.

İki ayağı da olmayan, homadializ şəkər xəstəsi, birinci qrup əlil söhbət zamanı bildirdi ki, Binəqədi rayon 8 mik İbrahim Paşa Dadaşov küçəsi 91A ünvanda qanununi sənədləri tam öz adına olan obyektini Millət Vəkili Çingiz Qənizadə əlindən alıb.

Elşən Səmədovun halal pulu ilə ərsəyə gətirdiyi fərdi dolanışığı olmuş obyekti, onun iynə dərmanına müalicəsinə sərf edilirmiş. Amma iki aylıq xəstəxanada yatdığı vaxt hörmətli deputat Çingiz Qənizadə oranı işğal edib. Millət vəkili əllilin haqqın yeyərək həmin tiklini dağtdırıb özünə iqamətgah tikdirib. Zərərçəkənin dediyinə görə, Çingiz Qənizadə bu haqsızlığı Binəqədinin keçmiş icra başçısının köməkliyi ilə həyata keçirib. Əziz dostlar və media nümayəndələri gəlin Qarabağ Müharibəsi Vetiranı, Homadializ Şəkər Xəstəsi, Birinci Qrup Əlil ən nəhayyət iki ayağını da itirmiş Səmədov Elşən Şərif oglunun yanında olub, ona kömək edək. Onun haqqının oğurlanmasına qarşı çıxıb, ədaləti bərpa edək..!
Əziz dostlar bildirim ki, Səmədov Elşənlə birgə yaxın günlərdə mətbuat konfransıda keçirəcəyik. Bununla yanaşı, Təqaüddə olan polis kapitanı, Qarabağ Müharibəsi Vetiranı, Homadializ Şəkər Xəstəsi, Birinci Qrup Əlil Səmədov Elşən Şərif oglunun saytlarda və sosial şəbəkələrdə video müsahibələri də olacaq..."

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ