Prezidentdən daha bir göstəriş
Prezident İlham Əliyevin tapşırığı ilə respublika üzrə məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb.
Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, intihar hallarının baş verməməsi üçün işlər aparılır:
"Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır. Burada söhbət uşağın və ailənin hüquqlarından gedir. Onlar haqqında məlumatları respublikaya yaymaq və kiməsə "Siz günahkarsınız”, "Onları tutmaq lazımdır” demək olmaz.
Biz demokratik ölkəyik. Söz azadlığı var. Bu insanlar belə fikirlər yayaraq, həmin hüquqları pozur və düzgün məlumat çatdırmırlar. Hansı səbəblərə görə belə hadisə olub, bununla bağlı maarifləndirmə işləri aparırıq.
Biz çalışırıq ki, intihar halları azalsın. Bu, bizi narahat edən məsələdir. İlham Əliyevin tapşırığı ilə bütün respublikada məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb. Burada hər bir qurumun nümayəndəsi var. Baş verən hər bir hadisə həmin qrupun diqqət mərkəzindədir”.
Hicran Hüseynova qeyd edib ki, baş verən bu cür hadisələrdə tək müəllimlərin yox, valideynlərin də məsuliyyəti var:
"Necə ola bilər ki, uşaqda daxili psixoloji problem olub və səkkizinci sinif şagirdi öz ailəsindən dəstək almayıb?! Hələ ki kimisə günahlandırmaq istəmirəm. İstintaq işi bitəndən sonra daha geniş açıqlama olacaq. Bu məsələ bizi istər məktəblərdə, istərsə də ailədə gələcəkdə belə hallara yol verilməməsi üçün öz köməyimizi göstərməyə cəlb edir”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur