Mehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olundu - FOTO
2019-cu il aprelin 6-da respublikamızın on milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə Azərbaycan artıq demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri, həmçinin bir çox Avropa dövlətləri arasında liderə çevrilib.
Bu əlamətdar hadisə münasibəti ilə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-duasını veriblər.
Aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırılmasını bildiriblər.
Valideynlər Azərbaycanın birinci xanımının analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.
Qeydiyyat şöbəsində on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi təntənəli şəraitdə valideynlərinə təqdim edilib. Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur