Baş nazirdən Vəkillər Kollegiyası ilə bağlı SƏRƏNCAM
Baş Prokurorluğun balansında olan inzibati bina əvəzsiz olaraq Vəkillər Kollegiyasının istifadəsinə verilib.
Baş nazir Novruz Məmmədov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Baş Prokurorluğun balansında olan, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, 49 ünvanında 954,2 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 718,3 kv.m olan (mərtəbəlilik 3 və 1) inzibati bina Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.
Baş Prokurorluq, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən - aprelin 9-dan qüvvəyə minir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur