Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə mühüm işlər aparılır. Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərdə, aparılan islahatlarda ictimai iştirakçılıq üçün imkanlar artırılır və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq müstəvisi daha da genişləndirilir.
Nazir dövlət başçısının sosial sahə ilə bağlı islahatlar proqramı əsasında əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan geniş miqyaslı islahatları, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. S.Babayev nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqini, ölkədə ilk dəfə sosial reyestri formalaşdıran “E-sosial” internet portalının, “Məşğulluq” alt sisteminin qurulduğunu, əhaliyə proaktiv əsaslı xidmət mexanizmlərinin yaradıldığını vurğulayıb.
S.Babayev bildirib ki, ötən dövrdə Şura üzvləri ilə uğurlu əməkdaşlıq təcrübəsi yaranıb. Fəaliyyət sahələrində həm güclü ictimai nəzarətin qurulmasında, həm də müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şura öz töhfəsini verir. Bununla yanaşı, İctimai Şurada təmsil olunmayan, aidiyyəti iş sahələri ilə əlaqəli fəaliyyət göstərən digər vətəndaş cəmiyyətləri ilə də mütəmadi olaraq görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir.
İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Şuranın öz vəzifələrinin icrasını təmin etməsi, ictimai nəzarəti, monitorinqləri həyata keçirməsi, yeni qanunvericilik layihələri ilə tanışlığı və s. üçün nazirlik tərəfindən müvafiq şəraitin yaradıldığını qeyd edib, bununla bağlı Şura üzvlərinin razılığını ifadə edib.
Görüşdə İctimai Şura tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 





İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb