SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 162 saylı məktəbdə daha bir şagird həyəcan təbili çaldı: “Elinanın rəfiqəsi təzyiqlərdən cana gəlib” - Kəmalə Ağazadə

162 saylı məktəbdə daha bir şagird həyəcan təbili çaldı: “Elinanın rəfiqəsi təzyiqlərdən cana gəlib” - Kəmalə Ağazadə

Tarix:

8-04-2019, 17:45

/ 3 849 dəfə oxundu.
162 saylı məktəbdə daha bir şagird həyəcan təbili çaldı: “Elinanın rəfiqəsi təzyiqlərdən cana gəlib” - Kəmalə Ağazadə

162 saylı orta məktəbin intihar edən şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

Cebhe.info xəbər verir ki, o, dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, o da intihar edə bilər:

"Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o, mənim üçün dostdan daha artıq idi... Onun anası ilə çox yaxşı münasibətimiz vardı. Onun anasını intiharda suçlayanlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, ölmək istəyir”. Rəfiqəsi Elinanın dünyasını dəyişməsinə inanmır: "Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb, mən inana bilmirdim”. E. Hacıyevanın rəfiqəsi bildirib ki, bir daha həmin məktəbə getsə, özünə qəsd edəcək: "Onun sinif rəhbəri də, ona təzyiq edib... Mənim ən yaxın rəfiqəm olacaqsan, mənim bacım, mənim həyatım...” Elina Hacıyevanın rəfiqəsinin də etiraz dolu paylaşımı diqqəti çəkib. Növbəti dəfə azyaşlının intiharına şahidlik edə bilərik.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Cebhe.info-ya açıqlamasında həmin uşağa təzyiq göstərənlərlə mübarizə aparılacağını bildirib:

“Birincisi, o, 14 yaşlı uşaqdır. Bu paylaşımı təzyiqlərdən cana gəldiyi üçün edib. Dünən ailədən və uşaqdan xahiş etmişəm ki, qız sosial şəbəkə hesablarını bağlasın. Bu məsələlərlə bağlı da açıqlama verməsinlər. Çünki uşağın psixoloji gərginliyi var. Bizim tərəfdən də qız psixoloq yanına göndəriləcək. Əgər ona hər hansısa formada təzyiq aşkarlanarsa, hüquqi formada həmin şəxslərlə mübarizə aparılacaq. Bu ölkənin qanunları var. Biz bunlara riayət edirik. Bu prosesdən kiminsə şou düzəltməyə ixtiyarı yoxdur. Sosial şəbəkələrdə bu məsələni çox dilə gətirirlər, bundan istifadə edirlər. Mən bütün dostlarımızdan xahiş edirəm ki, bunu intihar yazaraq qabartmasınlar. Çünki bu, sabah cəmiyyətdə psixoz yaradıb cəmiyyətdə epidemiya halına gələ bilər. Gəlin, bunun qarşısını alaq!”

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ