Elinanın ölümü haqda ŞOK: Qanını yuyub, direktorun otağına aparıblar
Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.
Elina Hacıyevanın anası Sevil Hüseynova BAKU.WS-ə bildirib ki, qızı həmin gün saat 09:30 radələrində özünü pəncərədən atıb.
Şagirdin intihara cəhd anın məktəbin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə də hadisənin 09:37-də baş verdiyi görünür.
Hadisə yerinə Təcili tibbi yardım briqadası saat 11:06-da çağırılıb və bundan 6 dəqiqə sonra, yəni 11:12-də həkimlər məktəbdə olublar.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Elina təcili tibbi yardım maşını ilə saat 11:36-da xəstəxanaya çatdırılıb. Yəni qızcığaz özünü pəncərədən atdıqdan 1 saat 59 dəqiqə sonra.
Elinanın ən yaxın rəfiqəsi, 9-cu sinif şagirdi Züleyxa Şirinova da deyilənləri təsdiq edir.
“Hadisə 2-ci dərsdən sonrakı tənəffüs fasiləsində təxminən saat 09:30-da baş verib. Elina özünü atdıqdan sonra direktor göstəriş verib ki, Elinanın qanını yerdən yusunlar.
Bundan sonra qızı direktor otağına apararaq sorğu-suala tutublar. Həmin anı kameraya çəkiblər. Elinanın bədənindən qanı da təmizlədilər. Təcili yardım isə təxminən saat 12-də çağırıldı”, - deyə Züleyxa Şirinova bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...