"Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib".
Bunu MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib.
T. Dadaşov qeyd edib ki, iş məhkəməyə göndərilib.