“MediStyle Hospital”da bu dəfə həmkarlarına kəf gəldilər... - "Ona verdiyim pulu geri istədim..."
“Həkim Rəşad Əliyev nə saçımın bərpa olunmasını təmin edir, nə də pulumu geri qaytarmır”.
Bu barədə bizimyol.info-ya müraciət edən həkim Rzayev Azər Vaqif oğlu bildirib.
O, qeyd edib ki, saç əkilməsi üçün “MediStyle Hospital”a müraciət edərək, həkim Rəşad Əliyevin qəbulunda olub: “Rəşad Əliyev mənə saçların tam bərpa olunacağına, işini keyfiyyətlə yerinə yetirəcəyinə vəd verdi. Bu əməliyyat üçün 1700 manat ödəniş istədi. Təkrar əməliyyata ehtiyacın olmayacağını dedi. Mən də əməliyyat 1700 manat ödəniş etdim, əməluyyat olundum. Amma keyfiyyətsiz, sağlamlığıma müəyyən fəsadlar yaradaraq çıxdı”.
Azər Rzayev bildirib ki, həkim Rəşad Əliyevlə “Funda” Tibb Mərkəzində görüşüb: “Rayondan Bakıya gələrək onun qəbulunda olmağa çalışsam da, cəhdlərim baş tutmurdu. Növbəti dəfə “Funda” Tibb Mərkəzində görüşdük və həkim məndən yenidən 300 manat istədi. Mən ondan saçımın tam bərpa olunmasını sona çatdırmağı və ya ona verdiyim pulu geri istədim. O, hazırda nə saçımın bərpa olunmasını təmin edir, nə də pulumu geri qaytarmır. Mənə ən çox ağır gələn həkim həmkarımın mənimlə belə davranmasını qəbul edə bilməməyimdir”.
Həkim Rəşad Əliyev həmkarı Azər Rzayevin saçın bərpa olunmaması və 1700 manat ödənişin edilməsi iddialarını qəbul etməyib: “Saçın bərpa olunması ilə bağlı aparılan əməliyyat öz nəticəsini ən azı bir ildən sonra göstərəcək. Bu barədə internetdə axtarış etməklə mənim dediyimin təsdiqini orada tapmaq olar. Nəticə 1 ildən sonra özünü göstərəcək. Mənə 1700 manat ödənişin edilməsi iddiası da həqiqətə uyğun deyil”.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH