İlham Əliyev baş nazirin meşələrlə bağlı qərarını LƏĞV ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.
Məlumata görə, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO