Eldar Əzizovun yeni qurumu bu işləri görəcək
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyindək yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq.
BŞİH-dən bildirilib ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Qeyd olunub ki, bu cür qurumlar bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərara ilə yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO