Bu həftə geomaqnit qasırğası olacaq (XƏBƏRDARLIQ)
Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil.
E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən” Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi:
"Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO