Deputatın şirkətlərindən biri ləğv edildi: daha ikisi var...
Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan edib.
“Turan” agentliyinə istinadən xəbər veririk ki, bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.
“Xəzər-XXI Əsr” MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” (VÖEN 1600387231) və “Aqroinkişaf” MMC (VÖEN 1800003871).
Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.
Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO