Keçmiş icra başçısı axtarışa verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”ya istinadən xəbər veririk ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib.
O, son bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilib. Sonuncu iclasların birində dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Bu tələbdən sonra sabiq icra başçısı yoxa çıxıb və bir daha məhkəməyə gəlməyib. İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO