Əfqan Muxtarlı Fikrət Məmmədovu həbsxanaya çağırır
Həbsdə olan Jurnalist Əfqan Muxtarlı media vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Bu barədə Arqument.Az-a jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.
O bildirib ki, jurnalist naziri saxlandığı 16 saylı cəzaçəkmə müssisəsinə dəvət edib: “Əfqan Muxtarlının çağırışı həbsxananın yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır”.
“Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fikrət Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın”, – jurnalist deyib.
Ə. Muxarlı bildirib ki, həbsxana rəhbərliyi onun Ədliyyə nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edib. Buna görə də nazirə media vasitəsilə müraciət edir.
Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.
Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl – barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib.
Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” Əfqan Muxtarlını “vicdan məhbusu” kimi tanıyıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?