SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident şəhid ailələrinin təqaüdünü 300 manat etdi - FƏRMAN

Prezident şəhid ailələrinin təqaüdünü 300 manat etdi - FƏRMAN

Tarix:

30-01-2019, 19:44

/ 1 413 dəfə oxundu.
Prezident şəhid ailələrinin təqaüdünü 300 manat etdi - FƏRMAN

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

Şərhlər

XƏBƏR LENTİ