SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Saleh Məmmədov yol pulunu necə yeyibsə... Nobel çökür, Babək çökür, Bakı çökür...

Saleh Məmmədov yol pulunu necə yeyibsə... Nobel çökür, Babək çökür, Bakı çökür...

Tarix:

28-01-2019, 18:48

/ 2 407 dəfə oxundu.
Saleh Məmmədov yol pulunu necə yeyibsə... Nobel çökür, Babək çökür, Bakı çökür...

Yeni asfalt salınan və istifadəyə verilən Babək prospekti istiqamətində asfalt örtüyü çöküb

Cahan.info-nun verdiyi məlumaat görə, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.

Yolun çökməsi ilə bağlı qurumun mətbuat katibi Anar Nəcəfli özünün feysbuk səhifəsində video paylaşaraq, məsələyə aydınlıq gətirib:

“Babək prospektində asfalt-beton örtüyündə müəyyən deformasiyalar yaranmışdı. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib.

Məlum olub ki, bu yol 80-ci illərdə salınıb. Həmin illərdə bu hissə neft tullantıları ərazisi olub. Məhz deformasiyanın əmələ gəlməsinin səbəbi həmin tullantı ərazisi üzərindən Babək prospektinin salınmasıdır.

Hazırda əməkdaşlarımız tərəfindən bərpa işləri aparılır. Yəni hər hansı çökmə hadisəsi baş verməyib. Yolda müəyyən hissədə deformasiya yaranıb. Bu deformasiyalar təkcə yolda deyil, səki hissələrdə də qeydə alınıb.

Sadəcə, yolun 5-6 metrlik ərazisi bu cürdür. Ciddi bir problem yoxdur. Təqribən 1 saat ərazində işlər yekunlaşacaq. Hazırda yolun deformasiya hissəsi qaşınaraq çıxarılır. Bundan sonra yeni asfalt-beton örtüyü salınacaq”.

Görəsən, çökmə yox, deformasiya olubsa, bunun günahı kimdədir? A.Nəcəfli hər dəfə elə danışır ki, günahkar onlar yox, sürücülərdir, dönər satanlardır, fermerlərdir və s. Yəni, guya hamı onları ittiham edir, onlar da inanılmaz dərəcədə şəffaf işləyirlər.

Sanki ictimaiyyət Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu tanımır, onların necə yol çəkdiklərini, ayrılan vəsaiti hansı şəkildə çırpışdırdıqlarını bilmir.

Gör necə yol çəkirlər ki, Nobel prospekti çökür, Babək çökür, tez vaxtda sıradan çıxırlar. Amma A.Nəcəfliyə görə S.Məmmədov “südən çıxmış ağ qaşıqdır”.

Əmin olun ki, Hüseynqulu Bağırov, Əhməd Əhmədzadə və başqaları kimi Saleh Məmmədovun da Britaniyada şirkətləri, əmlakları üzə çıxsa, təəccüblənmərik.

Saleh Məmmədovun rəhbərlik etdiyi qurum tərəfindən yol təmiri adıyla Mikayıl Müşfiqin abidəsinin dağıdılması epizodunu yaxşı xatırlayırlar. O zaman dövlət başçısının müdaxiləsi olmasaydı, görkəmli şairin abidəsi məhv ediləcəkdi.

29 yaşında dünyasını dəyişən və 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edilən Müşfiqin ruhu yenidən Saleh Məmmədovun qəzəbinə tuş gəlib.

30-cu illərin sonlarında Mikayıl Müşfiqə qarşı yönələn hücumlar müasir zəmanəmizdə naşı məmurların savadsızlığı və məsuliyyətsizliyi ucbatından fərqli formada davam edir.

Bu məsələdə heç bir günahı olmayan bir neçə işçisini güdaza verməklə canını qurtaran Saleh Məmmədov deyəsən Mikayıl Müşfiqdən qisas almağı qarşısına məqsəd qoyub.

Qaradağ rayonunda Mikayıl Müşfiqin adını daşıyan böyük bir qəsəbə var. Xatırladaq ki, bu qəsəbə Bakı-Şamaxı magistral yolunun kənarında yerləşir.

Həmin magistral yoldan Müşfiq qəsəbəsinə dönən hissədə quraşdırılmış yol nişanında Mikayıl Müşfiqin adı təhrif olunub, yəni Müşfiq adı Müşviq formasında qeyd edilib.

Təbii ki, Saleh Məmmədov başda olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin başbilənləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar.

Təsəvvür edin ki, həmin magistral yoldan demək olar ki, bütün dövlət məmurları istifadə edirlər. Amma heç kim bu biabırçılığı görməyib və yaxud görmək istəməyib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ