Azyaşlı uşağına 2 şokolad oğurlayan atanı Araz market həbs etdirdi
Nərimanov rayon Montin qəsəbəsi ərazisi Ağa Nemətulla küçəsində yerləşən Araz marketdə oğurluq hadisəsi baş verib. Azerbaycanrealligi.com-a hadisə yerində olan şahidlərin bildirdiyinə görə oğurluq edən şəxsin adı və soyadı məlum olmasa da, 2 ədəd plitka şokolad oğurladığı bəlli olub. Oğurluq edən şəxs Araz marketdən post patrul xidməti maşınına mindirilərkən polis serjantlarına kasıb olduğunu, bu oğurluğa ehtiyac üzündən əl atdığını bildirib. Belə ki, şokoladları az yaşlı övladı üçün götürdüyünü bildirib. Polis əməkdaşları isə 102 qaynar xəttinə oğurluq şikayətilə bağlı xəbər daxil olduğunu bildiriblər. Həmçinin, adı çəkilən Araz marketin əməkdaşı da şahidlərin gözü qarşısında şikayətçi olduğunu bildirib. Hadisə gecə vaxtı, iş gününün başlanmasından əvvəl baş versə də, DİN mətbuat xidməti ilə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmayıb. Araz market şəbəkəsinin Elvin adlı mətbuat xidməti ilə əlaqə saxlasaq da, o, işdən çıxdığını bildirib. Bu məsələ ilə bağlı elə ona görə də açıqlama verə bilməyəcəyini bildirdi. Şahidlərin verdiyi məlumata görə saxlanılan gənc ata Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılıb.
Baş vermiş hadisə ilə bağlı adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Foto hadisə zamanı çeklib


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO