Bakcell-in “tufan fırıldağı”
eçə gündür ki, şirkət “pis hava şəriti ilə əlaqədar” internet xidmətləri göstərmir
Yanvarın 17-18-də ölkədə müşahidə olunan ifrat təhlükəli hava şəraiti şükürlər olsun ki, ciddi fəsadlar törətmədən ötüşdü. Güclü külək kənd təsərrüfatına, sənayeyə, digər sahələrə ziyan vurmadı. Amma, külək ötüb keçsə də onun Azərbaycanın mobil rabitə xidmətlərinə-konkret olaraq Bakcell mobil operatoruna vurduğu “ziyan” hələ ki, aradan qaldırılmayıb.
Rubrika.az saytına müraciət edən çoxsaylı oxucularımız artıq 3 gündür ki, Bakcellin internet xidmətlərinin bərbad vəziyyətdə olduğunu, abonentlərin internetsiz qaldığını bildirirlər. Bakı ətrafı yaşayış məntəqələrində internet xidmətləri ya ümumiyyətlə yoxdur, ya da sürət çox zəifdir. Bakcellin “sürət” data kartklarından istifadə edən abonentlər bildirirlər ki, 3 gündən çoxdur ki, analoji vəziyyət davam edir. Maraqlıdır ki, şirkətə edilən müraciətlərə cavab olaraq Bakcell pis hava şəraitini səbəb olaraq göstərir. Abonentlər bildirirlər ki, etdikləri şikayətlərə Bakcell tərəfindən saymazyana münasibət göstərilir, onlara 8 bənddən ibarət istintaq suallarına bənzər sorğu göndərilir.
Necə olur ki, özünü Azərbaycanın lider mobil operatoru hesab edən, sürətsiz sürətilə öyünən Bakcell 3 gündür ki, pis hava şəraitinin “fəsadlarından” xilas ola bilmir? Abunə haqqını saniyə hesabı ilə çıxan şirkət 3 gündür ki, abonentləri internetsiz qoymaqla nə qədər qazanıb? Bunun hesabını hüququ tapdalanan abonentlərə kim qaytaracaq?
Yaxşı ki, külək 2 günə sovuşdu. Yoxsa Bakcellin “sürətli interneti” bir yolluq yoxa çıxardı.
Rubrika.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?