Qarabağ qazisi: “Dövlət müəssisələrində müraciətimə baxmırlar”
Əsədova Aysel Asif qızı
Doğum tarixi: 10.11.2004
Boy qısalığı səbəbi ilə müraciət edən 13 yaş 8 aylıq qız xəstə ananın dediyinə həmişə yaşıdlarından geri qalmışdır. Xəstə vaxtında 2500 gr, normal vaginal doğumla dünyaya gəlmişdir. Ananın dediyinə görə asfiksiya? və əmmədə çətinlik səbəbi ilə təxmini 1 ay küvözdə izlənilib. Evə yazıldıqdan sonra da inkişaf geriliyi davam edən xəstəyə 1 yaşında Seliakiya diaqnozu qoyularaq Qlutensiz dieta tətbiq edilməyə başlanmışdır. İnkişaf geriliyi davam edən xəstə 10 yaş 9 aylıq olanda (2015-ci ildə) baxılan analizlərində Seliakiya diaqnozu inkar edilmişdir (toxuma transglutaminaza, anti endomisium İgA, İgG analizleri: neqativ, nəcisdə gizli qan: neqativ, kalprotektin: normal) amma yenə də dietaya davam edilməsi, böyümə tamamlandıqdan sonra qluten stimulyasiya testi olunması məsləhət görülmüşdür. Eyni zamanda baxılan qanın biokimyəvi analizləri normal, qanın və sidiyin ümumi analizi normal, tiroid funksional testləri, prolaktin, kortizol, FSH, LH, estradiol analizləri normal olduğu halda, İGF-1 və İGF-BP3 analizləri normadan çox aşağı olduğu müəyyən edilmişdir (İGF-1 <25 ng/ml, İGF-BP3 :1,0 mcg/ml). Təqvim yaşı 10 yaş 9 aylıq, Sümük yaşı 6 yaş 10 aylıq olmuşdur. Kariotip analiz nəticəsi 46XX, hipofiz MRT nəticəsi normal olaraq qiymətləndirilmişdir. Ailəyə hipopituitarizmlə əlaqədar analizlərin dərinləşdirilməsi və böyümə hormonu müalicəsi təklif edilmişdir. Amma analiz və müalicənin yüksək maddi vəsait tələb etməsi səbəbi ilə ailə davam edə bilməmişdir.
Boy qısalığı davam edən xəstə 2.11.2017 tarixində yenidən müayinə edilərək hormonal analizlərinə baxılmış və levotiroksin, vitamin d müalicəsi başlanmışdır. Böyümə sürəti kifayət qədər olmayan xəstəyə kiçik dozadan (0.010 mg/kg/gün) somatropin müalicəsi başlanmışdır. Yenə də müalicə ailənin maddi vəziyyətinin yaxşı olmamasına görə dayandırılmışdır. Şikayətlərin davam etməsi və böyümənin dayanması səbəbi ilə xəstə uşaq endokrin poliklinikamıza müraciət etdi.
Poliklinikada müayinə zamanı 13 yaş 8 aylıq, boy 123 cm (<<<-3SDS), çəki 24.4 kg (<<<-3SDS), cinsi inkişafı Tanner 2-ci mərhələ, sümük yaşı 9 yaş, MPH (midparental height) 157 cm, PAH (predicted adult height) 148.7 cm olaraq hesablandı. Pelvik Ultrasəs müayinəsində uşaqlıq ölçüləri çox kiçikdir, yumurtaların ölçüləri prepubertaldır. Qlukaqon ilə edilən boy hormonu stimulyasiya testində Somatropin səviyyələri çox aşağı olduğu müəyyən edildi. Mərkəzi mənşəli çatışmazlıq olduğu üçün Hipofizin kontrastlı MRT, digər hipofiz hormonlarının dəyərləndirilməsi, ACTH stimulyasiya testləri, biokimyəvi analizlərə baxılması və Boy hormonu (Somatropin) müalicəsinin əhəmiyyəti ailəyə bildirildi. Ancaq, ailənin maddi imkanının yaxşı olmaması səbəbi ilə diaqnostika və müalicə tamamlanmadı.
Həkim: Əkbərzadə A.S
25.08.2018
Vüsal Əfəndi
xalqxeber.az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?