Tələbələri pambıq yığımına cəlb etmək düzgündürmü?
Azərbaycan Dövlət Aqrar Universitenin 100-dən artıq tələbəsi bu il pambıq yığımına cəlb edilib
Universitetin Facebook səhifəsində qeyd edilir ki, "beləliklə, tələbələr həm nəzəri biliklərini artırırlar, həm də 1 kiloqram pambığa 20 qəpik pul qazanırlar".
"Hər həftənin 6-cı günü pambıq yığımına qoşulan tələbələr bu işin onlar üçün hərərəfli səmərəli olduğunu deyirlər", - ali məktəbin məlumatında bildirilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmli tələbələrin kənd təsərrüfatı işlərinə cəlb edilməsi sövet dönəmi praktikasına qayıdışdır. Onun fikrincə, tələbələrin pambıq yığımına cəlb edilməsinin onların nəzəri biliklərinin artırılması ilə əsaslandırılması düzgün deyil. Çünki indi pambıq tarlalarında nəzəri və praktiki bilgiləri artırmaq imkanları yoxdur. Nəzəri bilikləri artırmaq əkin sahəsinin çiyid səpininə hazırlanması mərhələsindən başlayaraq pambığın yetişmə etapına kimi dövrdə mümkündür. Buna da yaz, yay mövsümündə tələbələri tarla təcrübəsinə cəlb etməklə nail olmaq olar. İndi isə pambıq tarlalarında ancaq bir iş qalıb, o da ağır fiziki əməklə məşğul olmaq, pambıq yığmaq. Tələbələri məcburi əməyə cəlb etməklə gənclərin əməyini istismar edirlər.
V.Məhərrəmli hesab edir ki, universitetin müəllim heyəti ölkə rəhbərliyi qarşısında məsələ qaldırmalıdır ki, onlar ölkə üçün pambıqyığan deyil, aqronom hazırlayırlar. Sovet dövründə də demək olar ki, bütün ali məktəblərin tələbələrini üzüm və pambıq yığımına cəlb edirdilər
"Təəssüf ki, bu tendensiya indi də davam edir. Digər tərəfdən, əmək müqaviləsi bağlamadan tələbələri ağır fiziki əməyə cəlb etmək qanuna ziddir", - ekspert vurğulayıb.
Turan

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?