Azərbaycan Dəmir Yolları məsuliyyəti üzərindən atdı: "Görüntü keyfiyyətsizdir"
Dünən Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Qaynarinfo-ya açıqlamasında baş vermiş qəzada "Azərbaycan Dəmir Yolları" QSC-nin heç bir günahı olmadığını və qorunan keçidinhəmin an hər iki tərəfdən şlaqbaunla bağlı olduğunu bildirmişdi. Yayılan video görüntülərdə isə qəza zamanı yolun açıq olduğu görünür.
Bu barədə Qaynarinfo-ya açıqlama verən S.Qədirova görüntülərin keyfiyyətsiz olduğunu və çəkiliş bulanıq olduğundan şlaqbaunun görsənmədiyini bildirib:
"Yayılan görüntülər çox keyfiyyətsiz görüntülərdir. Həm uzaqdan, həm də bulanıq düşüb. Biz özümüz də həmin görüntülərə baxdıq. Orada çəkiliş uzaqdan aparıldığı üçün şlaqbaun çox nazik şəkildə düşə və görsənməyə bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Ona görə biz daha keyfiyyətli görüntülərə baxandan sonra ətraflı məlumat verə bilərik. Hazırda bu barədə araşdırma gedir".
Qeyd edək ki, dünən Binə qəsəbəsində sərnişin avtobusu ilə yük qatarı toqquşub. Qəza nəticəsində 2 nəfər (biri 13 yaşlı məktəbli) ölüb, 32 nəfər isə yaralanlıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?