SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb - SƏRƏNCAM

Tarix:

1-10-2018, 18:15

/ 1 263 dəfə oxundu.
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Şərhlər

XƏBƏR LENTİ