"Güvən" İşədüzəltmə Şirkəti Bakıda onlarla insanı aldadıb - ŞİKAYƏT
Paytaxtda fəaliyyət göstərən "Güvən" İşədüzəltmə Şirkəti iş üçün müraciət edən onlarla insanı aldadaraq pullarını mənimsəyib.
Bu barədə Qaynarinfo-ya zərərçəkmiş şəxslər müraciət ediblər. Şikayətçi Bəşirova Nuranə Əvəz qızı özünə və həyat yoldaşına iş tapmaları üçün sözügedən şirkətə 150 manat pul ödədiklərini, lakin onlardan pul alan şəxslərlə əlaqə saxlaya bilmədiklərini söyləyib.
"Rayondan iş üçün Bakıya gəldik. Bu şirkətə müraciət etdik və bizə qısa müddətdə müvafiq iş tapacaqlarını söylədilər. Ofislərinə getdik, lakin ofisin köçürüldüyünü eşitdik. İndi də bizdən pul alan şəxslərlə heç cür əlaqə saxlaya bilmirik. Halal zəhmətimizlə çalışıb pulumuzu qazanmaq istəyirik. Şirkətə verdiyim pulu başqasından borc kimi almışdım. O pulu necə qaytaracağımı bilmirəm. Bu barədə polisə də məlumat verəcəyik", - deyə o, bildirib.
Nuranə Bəşirovanın qardaşı da işə düzəlmək üçün 50 manat pul verdiyini, lakin şirkət işçilərinə aid olan telefonların heç birinə 1 həftədir ki, zəng çatmadığını deyib.
Aldadılan şəxslərdən biri də Şitiyeva Tinay Şamil qızıdır. O da rayondan iş üçün Bakıya gəlib. Tinay Şitiyeva isə həmin şirkətə 40 manat pul ödədiyini bildirib:
"Həmin şirkətin nümayəndəsi bir qız idi. Telefonunu da götürmüşəm. Mənə iş tapacaqlarına dair söz verdilər, amma səs-soraq yoxdur".
Şikayətçilərin verdikləri və internetdə şirkətə aid olduğu qeyd olunan telefon nömrələrinə dəfələrlə zəng etsək də, şirkətlə əlaqə yarada bilmədik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?