Gömrük Komitəsi Azərpoçtu qaçaqmalçılıqda ittiham edir
Dövlət Gömrük Komitəsi "Azərpoçt” MMC-yə qarşı ittihamlar irəli sürüb
Komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil alış-verişinə kömək etməsi ilə bağlı iddialara aydınlıq gətirərkən, "Azərpoçt”un region şöbələrini ittiham edib.
O bildirib ki, vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da "Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır. Onun sözlərinə görə, bu kimi hallar əsasən region filiallarında baş verir:
"Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır. Poçt şöbəsində məsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiniz.
Lakin araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil. Çünki biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirir ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan onların xəbəri yoxdur. Amma faktiki olaraq sənədin alıcısının poçtda o olduğu göstərilir. Deməli poçt şöbələrində bu prosesə maraqlı olan hansısa dairələr var. Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o məlum deyil”.
Komitə rəsmisi qeyd edib ki, bu istiqamətdə ciddi araşdırmalar aparılır: "Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin adları açıqlanacaq".
BakuPost

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?