Goranboyda 8-ci sinif şagirdi “Hell”dən ölüb? - Atası danışdı
Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə “Hell” enerji içkisinin səbəb olduğunu iddia ediblər: “Xəyal Qəhrəmanov idmana gedirdi. Onun yarışa girməzdən əvvəl “Hell” içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı”.
Yeni kənd orta məktəbindən bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: “Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun “Hell” içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər “Hell” içənlər var ki...”.
Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün “Hell”lə heç bir əlaqəsinin olmadığını deyib: “Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda “Hell” harada içdi? Analizin cavabı da evdədir”.
Qeyd edək ki, X.Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?