XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Sentyabrın 28-dək güclü külək, leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 28-dək güclü külək, leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 28-dək güclü külək, leysan olacaq - Xəbərdarlıq
26-09-2018, 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. "Daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.