Xəlil Rza Ulutürkün xanımı şikayətçidir - 4 mini ödənilməyib
Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.
Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.
Bildirək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. O, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.
Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.
M.Şəmsiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Sonuncu iclasda Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?