Komitə sədrlərini xüsusi iclasa görə Milli Məclisə ÇAĞIRDILAR
Bu gün Milli Məclisin komitə sədrlərinin iştirakı ilə iclas keçirilib.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraqv Milli Məclisdə komitə sədrlərinin və bir neçə deputatın iştirakı ilə iclas keçirilib.
“İclasda komitə sədrlərinə və deputatlara müəyyən tapşırıqlar verilib”.
Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisdə təntənəli iclas keçiriləcək.
Təntənəli iclasa 40-a yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir. Təxminən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbirdə 14 ölkədən sədr, 13 ölkədən sədr müavini, 11 ölkədən müxtəlif səviyyədə (işçi qruplarının rəhbərləri, nümayəndə heyətləri ) nümayəndə heyətinin iştirakı gözlənilir.
Həmçinin 10-a yaxın beynəlxalq təşkilata (rəhbər və nümayəndə heyətləri səviyyəsində) təntənəli iclasda iştirak üçün dəvət göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?