Dövlətin çəkməli olduğu kanalizasiyanı saraylılar özləri çəkir
Çirkab suların əmələ gətirdiyi nohurlar, ətrafa yayılan üfunət qoxusu... Saray qəsəbə sakinləri bu mənzərəyə alışıblar.
İldən-ilə qəsəbə böyüsə də, kanalizasiya xətləri yenilənməyib. 90-cı illərdə çəkilmiş sistemsə əhalinin ehtiyaclarını qarşılamaqda acizdir.
Filankəsin də dediyi kimi, qəsəbə sakinləri əlacsızlıqdan şəxsi vəsaitlərilə kanalizasiya xətti çəkiblər.
Saray bələdiyyəsinin müavini Məhi Həsənov sakinlərdən heç bir vəsait alınmadığını və dövlət hesabına yaxın gələcəkdə kanalizasiya sistemi bərpa olunacağını bildirir.
Sinxron “Bələdiyyə kabinetdə oturub. Burada bələdiyyə yoxdur. Boş şeydir”.
Həmçinin 2014-2018-ci il "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramında Abşeron rayonunun su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi “Azərsu”ya tapşırılıb. Dövlət proqramının vaxtının bitməsinə az qalıb - yeni xətlər nə zaman təhvil veriləcək? Saraylıların kanalizasiya probleminə bu payız son qoyulacaqmı? Bu suallara dövlət qurumundan açıqlama almaq mümkün olmadı.
İqtisadçı Nəriman Ağayev mətbuata açıqlamasında “Böyük Bakının su və kanalizasiya sisteminin yenidən qurulması" layihəsinə problemin köklü həlli üçün 42 milyard manat vəsait tələb olunduğunu bildirirdi. O həmçinin layihənin icrası üçün böyük məbləğə, uzunmüddətli zamana ehtiyac olduğunu vurğulayıb.
Dövlətin çəkməli olduğu kanalizasiyası saraylılar özləri çəkir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?