SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki uşaq atasının ölümünə səbəb olan sürücü istintaqdan necə yayınır? – ŞİKAYƏT

İki uşaq atasının ölümünə səbəb olan sürücü istintaqdan necə yayınır? – ŞİKAYƏT

Tarix:

14-09-2018, 14:26

/ 1 360 dəfə oxundu.
İki uşaq atasının ölümünə səbəb olan sürücü istintaqdan necə yayınır? – ŞİKAYƏT

Masallı rayon Əhmədli kənd sakini Abdullayeva Mədinə Məmməd qızının 2018-ci il aprelin 17-də həyat yoldaşı Mehman Qəfərov yol qəzasında dünyasını dəyişib.

Olayla bağlı danışan M.Abdullayeva həyat yoldaşının ölümünə səbəb olan şəxsin istintaqdan yayındığını bildirib:

“Həyat yoldaşım Mehman Qəfərov 2018-ci ilin aprel ayının 17-də ona məxsus olan “Qaz-330211” markalı 07-BC-999 dövlət qeydiyyat nişanlı yük maşını ilə Cəlilabad rayon Maşlıq kəndindən kartof alaraq satmaq üçün Bakıya aparıb. Bu zaman Maşlıq kəndindən olan Rauf Əliyev də həyat yoldaşımla Bakıya getmək istədiyini bildirib və onlar yola düşüblər. Yolda sükan arxasına Rauf Əliyev keçib və saat 22:30 radələrində Cəlilabadın Üçtəpə kənd sakini Nağıyev Əli Hüseynbala oğlu Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Cəlilabad rayon Alar kəndi istiqamətində sürücülük vəsiqəsi olmadan, sərxoş halda həyat yoldaşımın avtomobilinin qarşısına çıxaraq qəza törədib. Hadisə zamanı həyat yoldaşımın avtomobilini idarə edən Rauf Əliyev sükanı döndərərək həyat yoldaşımın tərəfini qarşıdan gələn avtomobilə tərəf çevirib və hadisə nəticəsində həyat yoldaşım ağır bədən xəsarətləri alaraq dünyasını dəyişdi.

Dəfn mərasimindən bir müddət Masallı rayon polis şöbəsi Əli Nağıyevin istintaq dövründə həbsdə saxlanması üçün Cəlilabad rayon Məhkəməsində iddia qaldırdı. Lakin Cəlilabad məhkəməsi iddanı təmin etmədi. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinə şikayət etdik. Şirvan rayon Apellyasiya Məhkəməsi Cəlilabad rayon Məhkəməsinin qərarını ləğv edərək, Əli Nağıyevin başlanmış Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə istintaq müddətində həbsdə qalmasını təmin etdi.

Çox təəssüflər olsun ki, Əli Nağıyev məhkəmə prosesinə gəlmədi və istintaqdan gizlənməyə başladı. Hüquq-mühafizə orqanları Əli Nağıyevin ölkədən çıxışı bağlasa da, o, ölkə ərazisində gizlənməyə bu günə kimi davam edir. Həyat yoldaşımın ölümünə səbəb təkcə Əli Nağıyev yox, həm də həyat yoldaşımın avtomobilini iradə edən Rauf Əliyevdir. İndi mənim yeddi yaşında Fəqan Qafarlı, və on yaşında Kənan Qafarlı adında iki azyaşlı övladım atasız qalıb. Əli Nağıyevin tapılaraq istintaqa təhvil verilməsi üçün Cəlilabad rayon Polis Bölməsində axtarış elan edilsə də, hələ ki, onun yerini müəyyən etmək mümkün olmayıb.

Sizin vasitənizlə daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edərək həyat yoldaşımın ölümünü heçə sayan Əli Nağıyevin və bu gün azadlıqda gəzən Rauf Əliyevin cinayət məsuliyyətinə cəlb olunması üçün kömək istəyirəm.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ