Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.
Daxil olan məlumata görə, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb.
Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.
Qeyd edək ki, Fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?