QARAÇUXURDA HEKTARLARLA ƏRAZİNİ KİM HASARLAYIB? - Eldar Əzizovun “təmizləmə əməliyyatı” Suraxanıya da çatacaqmı? + FOTOLAR
Bir neçə gündür ki, Bakı Şəhər İcra Hakimiyəti tərəfindən paytaxtın bir sıra ərazilərində qanunsuz hasarlamalarla bağlı tədbirlər görülür. Artıq Həzi Aslanov metrosunun ətrafı başda olmaqla, Xətai və digər rayonlarda bir çox hasarlanmış ərazilərdə söküntü işləri aparılıb, torpaq sahələri hasarlardan təmizlənib. Mətbuatın yazdığına görə, bu işin əsas təşəbbüskarı paytaxtın icra hakimiyyəti başçısının müavini vəzifəsini daşıyan Eldar Əzizovdur.
Ancaq Bakıda bu şəkildə hasarlanmış ərazilər o qədər çoxdur ki, onları bir neçə gün ərzində təmizləmək sözsüz ki, mümkün deyil. Və əhalinin gediş-gəliş yolunun üzərində, yaşıllıq zonalarında aparılmış qanunsuz hasarlama işləri baxımından Suraxanı rayonu da digərlərindən heç də geri qalmır.
Məsələn, rayonun Qaraçuxur qəsəbəsi ərazisində, Yeni Günəşli istiqamətinə ayrılan yol kəsişməsində, daha çox “Aura” şadlıq evinin qarşısı kimi tanınan yerdə böyük bir ərazi artıq bir neçə ildir ki, hasarlanıb. Burada insanların gediş-gəliş yolu bağlanmaqla yanaşı, çoxlu sayda ağac və ümumilikdə yaşıllıq ərazi baxımsız hala gətirilib. Hasarın üzərinə heç nə yazılmayıb, hansı quruma aid olduğu, hansı işlərin aparılacağı ilə bağlı heç bir lövhə yoxdur.
Qəsəbədə bu ərazinin rayon icra hakimiyyəti rəhbərliyinə yaxın şəxs tərəfindən “alındığına” dair söhbətlər gəzir. Xatırladaq ki, rayonun hazırki icra başçısı İlqar Abbasov daha çox Hacıbala Abutalıbova yaxın şəxs kimi tanınır.
Təqribən bir neçə hektar sahəsi olan bu ərazi obyekt tikintisi üçün ideal sayıla bilər. Lakin həmin sahədə böyük yaşıllıq ərazi və çoxlu sayda ağac var. Hər hansı tikintinin aparılması üçün onların məhv edilməsi gərəkdir. Və həmin yaşıllığın məhv olunmayacağına da heç kim təminat verməyib.
Odur ki, qanunsuz olaraq zəbt edilmiş ərazilərdəki hasarların söküntüsü prosesi tezliklə Suraxanıya çatmasa, bir gün söhbət açdığımız sahədə də yaşıllığın məhv edilməsinin və yeni obyektlərin inşasının şahidi ola bilərik.
AzPolitika.info 







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?