Sosial evlər satışa çıxarıldı, sistem yenə çökdü - Vaxt dəyişdirildi
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb. Vətəndaşlar saat 11:00-dan etibarən mənzil seçmək üçün sayta daxil olub. Ancaq qısa müddət ərzində sayta giriş çox olduğundan yenə də sistem çöküb.
MİDA məsələylə bağlı məlumat yayaraq mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.
Qeyd edək ki, satışa çıxarılan mənzillər mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.
Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?